Modern.az

"Qarabağ"ın furbolçuları Qarabağa gedirlər

"Qarabağ"ın furbolçuları Qarabağa gedirlər

İdman

25 İyun 2025, 08:32

Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşləri olacaq.

 

Modern.az xəbər verir ki, komanda üzvləri ilk olaraq Şuşa stadionunda şəhər sakinlərinin qarşısına çıxacaq.

 

Daha sonra Xankəndidə Qarabağ Universiteti ilə tanışlıq olacaq, eləcə də təhsil ocağının tələbələri ilə görüş keçiriləcək.

 

Ardınca "Qarabağ" təmsil etdiyi Ağdama yollanacaq. Burada şəhər sakinləri ilə görüş və "İmarət" Kompleksinə baxış keçiriləcək.

 

Qarabağda son dayanacaq isə Füzuli olacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüşəcək komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı