Modern.az

"Qarabağ"ın futbolçuları Şuşada sakinlərlə görüşdülər - FOTOLAR

"Qarabağ"ın futbolçuları Şuşada sakinlərlə görüşdülər - FOTOLAR

İdman

25 İyun 2025, 10:36

"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Şuşada sakinlərlə görüşüblər.

Modern.az xəbər verir ki, Şuşa şəhəri 1 saylı tam orta məktəbdə reallaşan görüşdə komanda alqışlarla qarşılanıb. Həm Qurban Qurbanov, həm də futbolçular sakinlərlə səmimi söhbət edib, şəkil çəkdiriblər.

Sonra məktəbin minifutbol meydançasında futbolçular topla müxtəlif hərəkətlər nümayiş etdiriblər.

Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də analoji görüşlər keçirəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?