Tanınmış futbolçu Devid Bekhem xəstəxanalıq olub.
Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Viktoriya Bekhem sosial media hesabında məlumat yayıb.
O, futbolçunun əli sarğılı halda xəstəxana çarpayısında uzandığının əks olunduğu görüntülərini paylaşıb. Kadrlarda Bekhemin sağlamlıq problemlərinə baxmayaraq gülümsədiyi görünür.
"Tez sağal, bizim əziz atamız", - deyə Viktoriya paylaşımına şərh yazıb.