Modern.az

Azərbaycan klubu iki legioneri ilə yeni müqavilə imzaladı

Azərbaycan klubu iki legioneri ilə yeni müqavilə imzaladı

İdman

29 İyun 2025, 20:42

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.

 

Modern.az xəbər verir ki, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə ikiillik anlaşma imzalanıb.

 

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər