ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) 1/4 finala yüksələn üçüncü komanda bəlli olub.
Modern.az xəbər verir ki, Fransanın PSJ komandası 1/8 finalda ABŞ təmsilçisi “İnter Mayami”ni 4:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Daha əvvəl İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” kollektivləri adlarını ən yaxşı 8 komanda sırasına yazdırıb.