Modern.az

Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu

İdman

4 İyul 2025, 23:10

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

 

Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

 

Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı