Modern.az

Fransalı futbolçu “Neftçi”də

Fransalı futbolçu “Neftçi”də

İdman

5 İyul 2025, 22:18

“Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın Mətbuat xidməti məlumat yayıb.

 

Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.

 

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI