Türkiyədə təlim məşq toplanışında olan “Turan Tovuz” klubu İran Pro Liqasının son çempionu - Təbriz "Traktor"u ilə qarşılaşacaq.
Modern.az xəbər verir ki, bu haqda “Turan Tovuz”un mətbuat xidməti məlumat yayıb.
Belə ki, klublar arasındakı yoxlama oyunu iyulun 29-da keçiriləcək.
“Turan Tovuz”un Güney Azərbaycan təmsilçisi ilə baş tutacaq oyununun saatı və məkanı haqda əlavə məlumat veriləcək.