Modern.az

Ekvadorlu futbolçu “Neftçi”də

Ekvadorlu futbolçu “Neftçi”də

İdman

15 İyul 2025, 21:57

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

 

Modern.az xəbər verir ki, komanda ekvadorlu Cordan Rezabalanı transfer edib.

 

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

 

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi