Modern.az

"Karvan" klubuna yeni baş məşqçi təyin olunub

"Karvan" klubuna yeni baş məşqçi təyin olunub

İdman

16 İyul 2025, 14:12

Misli Premyer Liqasında mübarizə aparacaq Yevlaxın "Karvan" klubunun yeni baş məşqçisinin adına aydınlıq gətirilib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komandanı Azər Həşimov çalışdıracaq. Artıq onun köməkçiləri də müəyyənləşib. Məşqçilər heyətinə Zaur Hacıyev (köməkçi məşqçi) və Hüseyn Məhəmmədov (qapıçı məşqçisi) daxildir. 

Qeyd edək ki, A.Həşimov futbolçu karyerasında da "Karvan"ın formasını geyinib. Onun baş məşqçilik etdiyi son klub isə "Qaradağ Lökbatan" olub.

İndiyədək "Karvan"ın baş məşqçisi Kənan Kərimov idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi