Modern.az

“Qarabağ” - “Şelburn” matçının biletləri satışda

“Qarabağ” - “Şelburn” matçının biletləri satışda

İdman

18 İyul 2025, 10:38

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri iyulun bu gün 12:00-dan etibarən satışa çıxarılacaq.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi