Portuqaliyanın "Academiko Vizeu" klubunun braziliyalı hücumçusu Andre Klovis Bolqarıstanın "Levski" klubuna keçib.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Portuqaliya klubu 27 yaşlı futbolçunun keçidi üçün 800 min avro tələb edib və "Levski" həmin rəqəmi ödəməyə razılıq verib.
Qeyd edək ki, hücumçu bir müddət Ağdamın "Qarabağ" klubunun maraq dairəsində idi.