Modern.az

“Fənərbağça”ya çətin rəqib düşdü

“Fənərbağça”ya çətin rəqib düşdü

İdman

21 İyul 2025, 15:00

Türkiyənin “Fənərbağça” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Modern.az xəbər verir ki, İstanbul təmsilçisi bu raundda Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşü isə avqustun 12-də İstanbulda keçiriləcək.

“Fənərbağça” rəqibini məğlub edəcəyi halda, turnirin play-off mərhələsinə yüksələcək. “Sarı-lacivərdlilər” bu mərhələni keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü