Modern.az

Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat aldı

Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat aldı

İdman

22 İyul 2025, 10:50

FIFA referisi Kamal Umudlu növbəti dəfə təyinat alıb.

Modern.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!