Modern.az

Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı

Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı

İdman

22 İyul 2025, 11:25

Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib.

O, su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib: “Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!