FIFA Türkiyənin "Hatayspor" klubuna 3 illik transfer qadağası qoyub.
Modern.az quruma istinadən xəbər verir ki, buna maliyyə məsələlərində və transferlərdə uyğunsuzluq səbəb göstərilib.
Hatay təmsilçisi FIFA-nın maliyyə mübahisələri və qanunvericilik pozuntuları səbəbindən yeni oyunçu transferi müvəqqəti olaraq qadağan edilən klublar arasında yer alıb.
"Hatayspor" daha əvvəl Azərbaycan millisinin futbolçusu Renat Dadaşova borcunu ödəmədiyinə görə iki mövsüm transfer qadağası ilə üzləşmişdi.
Qeyd edək ki, Türkiyə təmsilçisi bu mövsüm Superliqanı tər edərək aşağı dəstəyə düşüb.