Modern.az

"Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

İdman

23 İyul 2025, 07:52

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində səfərdə İrlandiya “Şelburn”nu ilə ilk oyuna çıxacaq. 

Paytaxt Dublindəki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!