Modern.az

Cüdoçumuz yarımfinalda

Cüdoçumuz yarımfinalda

İdman

23 İyul 2025, 16:06

Azərbaycanın qadın cüdoçusu Aydan Vəliyeva Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

Modern.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.

Startda kambocalı Seynih Kunaya qalib gələn cüdoçu daha sonra fransalı Lea Beresi mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?