Modern.az

”Sabah” bu gün “Petrokub”la qarşılaşacaq

”Sabah” bu gün “Petrokub”la qarşılaşacaq

İdman

24 İyul 2025, 10:20

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olacaq.

Kişineudakı “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

24 iyul

“Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)

Zimbru stadionu. Saat 21:00

Baş hakim: Qal Leybovitz

Baş hakimin köməkçiləri: Omer Barbiro, Yossi Babayoff

Dördüncü hakim: Dekel Zino

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış