Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.
Bu barədə Modern.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.