Modern.az

“Sabah” səfərdə inamlı qələbə qazandı

“Sabah” səfərdə inamlı qələbə qazandı

İdman

24 İyul 2025, 23:49

“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.

 

Modern.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Moldovada “Petrokub”la qarşılaşıb.

 

Görüşə saat 21:00-da start verilib.

 

İlk hissəsi qolsuz yekunlaşan matçın ikinci hissəsində azarkeşlər 2 qola şahidlik ediblər. Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Bakıda olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış