Modern.az

Filip Ozobiç "Turan Tovuz"da

Filip Ozobiç "Turan Tovuz"da

İdman

26 İyul 2025, 23:11

"Turan Tovuz" klubu Azərbaycan millisinin üzvü Filip Ozobiçlə anlaşıb.

 

Modern.az xəbər verir ki, son olaraq "Neftçi"nin formasını geyinən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Rusiyada "Spartak", Xorvatiyada "Hayduk" və "Slaven" klublarında çıxış etmiş F.Ozobiç Azərbaycanda "Qəbələ" və "Qarabağ"da da forma geyinib.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək