UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” (İrlandiya) komandaları arasında keçirilən cavab görüşü başa çatıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu rəqibin heyətində öz qapısına Con Martin göndərib.
68-ci dəqiqədə Kadi Borges penaltini qola çevirə bilməyib.
İlk oyunda rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edən Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bu cütün qalibi III raundda FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
***
20:01
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.