Modern.az

“Sabah” III təsnifat mərhələsinə YÜKSƏLDİ

“Sabah” III təsnifat mərhələsinə YÜKSƏLDİ

İdman

31 İyul 2025, 22:41

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol Şafranko vurublar.

 

İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

 

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

 

Qeyd edək ki, "Sabah" növbəti raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir