Modern.az

"Turan Tovuz" Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq

"Turan Tovuz" Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq

İdman

1 Avqust 2025, 11:34

“Turan Tovuz” futbol klubu Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.

Bu barədə Modern.az-a klubun Mətbuat ximətindən məlumat verilib.

“Baş məşqçimiz Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək”, - məlumatda bildirilib.

Qeyd edilib ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir