Modern.az

Boksçumuz Avropada gümüş medal qazandı 

Boksçumuz Avropada gümüş medal qazandı 

İdman

2 Avqust 2025, 22:28

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq Kuboku”nda final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 60 kiloqram çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

 

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.

 

Qeyd edək ki, boksçu daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir