Modern.az

Çempionlar Liqasının III təsnifat mərhələsinə 4 görüşlə start veriləcək

Çempionlar Liqasının III təsnifat mərhələsinə 4 görüşlə start veriləcək

İdman

5 Avqust 2025, 09:27

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutacaq.

Belə ki, "Malmö" "Kopenhagen"lə, "Dinamo Kiyev" "Pafos"la, "Şkendiya" "Qarabağ"la, "Reyncers" isə "Viktoria Plzen"lə üz-üzə gələcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri bir həftə sonra, avqust ayının 12-də baş tutacaq.

5 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Saat 21:00, "Malmö" - "Kopenhagen";

Saat 22:00, "Dinamo Kiyev" - "Pafos";

Saat 22:00, "Şkendiya" - "Qarabağ";

Saat 22:45, "Reyncers" - "Viktoria Plzen".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza