Modern.az

Federasiya prezidenti qəfil vəfat etdi

Federasiya prezidenti qəfil vəfat etdi

İdman

6 Avqust 2025, 09:40

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir