Modern.az

Dünənki oyunun tempində çatışmazlıqlar hiss olunurdu - AÇIQLAMA

Dünənki oyunun tempində çatışmazlıqlar hiss olunurdu - AÇIQLAMA

İdman

6 Avqust 2025, 11:47

Qarabağ Azərbaycanda ən güclü komandalar sırasında yer alır və beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edir.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın tanınmış veteran futbolçusu İsgəndər Cavadov "Qarabağ"-"Şkendiya" oyununu şərh edərkən deyib.

“Dünənki oyun gözlənildiyi kimi maraqlı keçməsə də, nəticə baxımından uğurlu oldu. Belə ki, həm "Qarabağ", həm də "Şkendiya" tərəfdən oyun tempində çatışmazlıqlar hiss olunurdu.

Buna baxmayaraq, əsas məsələ qələbədir və "Qarabağ" bu oyundan qalib ayrılmağı bacardı. Bu hələ ilk qarşılaşmalardandır və inanıram ki, növbəti – ikinci, üçüncü və dördüncü oyunlarda komanda daha yaxşı performans göstərəcək.

Ümid edirik ki, qarşıdakı oyunlarda da komandamız uğurlu çıxışını davam etdirəcək. “Qarabağ" FK-na növbəti matçlarda da uğurlar arzu edirik!”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında ilk oyun keçirilib. 

Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir