Modern.az

“Araz-Naxçıvan” Kipr klubuna məğlub oldu 

“Araz-Naxçıvan” Kipr klubuna məğlub oldu 

İdman

7 Avqust 2025, 22:22

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Kiprin “Omoniya” kollektivini qəbul edib.

 

“Liv Bona Dea Arena”da keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Loizos Loizu ( 2 qol), Evandro və Stefan Yovetiç vurublar.

 

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edib.

 

Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə təşkil olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir