AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Qurumdan Modern.az-a verilən məlumata görə, o, Konfrans Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” ilə Sloveniyanın “Olimpiya” komandası arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma avqustun 14-də Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.