Ötən egcə UEFA Superkubokunun qalibi müəyyənləşib.
Modern.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gəlib.
Qarşılaşmada əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında PSJ daha dəqiq olub - 4:3. Bununla da Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. Bu, Luis Enrikenin komandasının mövsümdə 5-ci tituludur. Komanda bu mövsüm UEFA Çempionlar Liqası, Fransa çempionu, kuboku və Superkuboku titullarını da qazanıb..
13 avqust
UEFA Superkuboku
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2 (Penaltilər - 4:3)
Qollar: Kan Li, 85. Qonsalo Ramuç, 90+4 - Van de ven, 39. Romero, 48
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu