UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşı-qarşıya gələn "Qarabağ" Şkendiya” oyunu öncəsi hadisə yaşanıb. Sosial şəbəkədə yayılan iddialara görə, stadionda olan maskot qovulub.
Modern.az hadisənin detallarını öyrənmək üçün "Qarabağ" FK ilə əlaqə saxlayıb.
Saytımızın sorğusuna "Qarabağ" FK-nın mətbuat katibi Anar Hacıyev cavab verib.
O qeyd edib ki, maskotun stadiondan qovulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Maskot oyun bitənə, hətta azerkeşlər stadionu tərk edənə qədər stadionda olub. O öz fəaliyyətini davam etdirib. Orada başqa hər hansı məsələ yoxdur".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirlən matçda Ağdam təmsilçisi "Qarabağ" 5:1 hesabı ilə Şimali Makedoniya futbol klubu "Şkendiya"ya qalib. Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.
"Qarabağ"ın növbəti rəqibi Macarıstan futbol klubu “Ferensvaroş” olacaq.Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.