Modern.az

UEFA-dan azərbaycanlı hakimlərlə bağlı yeni təyinat 

UEFA-dan azərbaycanlı hakimlərlə bağlı yeni təyinat 

İdman

15 Avqust 2025, 17:40

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev yeni təyinat alıblar.

Modern.az xəbər verir ki, hər iki hakim UEFA Konfrans Liqasının oyunlarını idarə edəcək.

Ə.Ağayev pley-off mərhələsində Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Slovakiyada keçirləcək matçda ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

E.Məsiyev isə Sloveniyada yerli “Selye” ilə Çexiyanın “Banik Ostrava” komandası arasındakı oyunu idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma avqustun 21-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu