Modern.az

“Neftçi” heç-heçə etdi 

“Neftçi” heç-heçə etdi 

İdman

16 Avqust 2025, 22:12

Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

 

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

 

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu