Modern.az

"Qarabağ"ın pley-off mərhələsində İLK OYUNU

"Qarabağ"ın pley-off mərhələsində İLK OYUNU

İdman

19 Avqust 2025, 09:05

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

Modern.az xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhləsinə qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal