Modern.az

“Liverpul” yunanıstanlı futbolçu ilə vidalaşır

“Liverpul” yunanıstanlı futbolçu ilə vidalaşır

İdman

19 Avqust 2025, 23:49

İngiltərənin "Liverpul" klubu futbolçusu Kostas Tsimikas ilə yollarını ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Mersisayd klubunun baş məşqçisi Arne Slot yunanıstanlı müdafiəçini gələcək planlarına daxil etməyib. Futbolçu özü də karyerasını İngiltərədən kənarda davam etdirmək niyyətindədir.29 yaşlı oyunçu transfer pəncərəsi bitmədən ayrılacaq.

K.Tsimikas "qırmızılar"a 5 il əvvəl "Olimpiakos"dan 13 milyon avroya keçib. O, indiyədək 115 oyuna çıxıb, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal