Modern.az

Qadın güləşçimiz dünya ikincisi oldu

Qadın güləşçimiz dünya ikincisi oldu

İdman

21 Avqust 2025, 23:26

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb

 

Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.

 

Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama