Modern.az

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

İdman

23 Avqust 2025, 17:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Modern.az xəbər verir ki, Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyevin "Report"a verdiyi məlumata görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıblar - 3:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama