Modern.az

"Qarabağ" bu gün Çempionlar Liqasında pley-off oyununa çıxır

"Qarabağ" bu gün Çempionlar Liqasında pley-off oyununa çıxır

İdman

27 Avqust 2025, 08:58

Bu gün UEFA Çempionlar Liqasında pley-offun daha bir sıra cavab oyunları keçirləcək.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" (Azərbaycan) "Ferensvaroş" (Macarıstan) klubunu qəbul edəcək. İlk oyun komandamızın xeyrinə nəticələnmişdi - 3:1. "Qarabağ" qalib gələcəyi təqdirdə Çempionlar Liqasının əsas - Liqa mərhələsinə adlayacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu məşhur FİFA referisi, fransalı Kleman Tyurpen idarə edəcək.

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)

İlk oyun - 3:1

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)

İlk oyun - 0:0

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 

İlk oyun - 3:1

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR