Modern.az

"Qarabağ"ın rəqibləri BƏLLİ OLDU

"Qarabağ"ın rəqibləri BƏLLİ OLDU

İdman

28 Avqust 2025, 20:43

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibləri müəyyənləşib.

Modern.az xəbər verir ki, "köhlən atlar" ilk rəqibləri İngiltərənin "Çelsi" və "Liverpul" komandaları olub.

"Köhlən atlar"ın növbəti rəqibləri "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) kollektivləridir.

Komandamızın III səbətdən isə "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq. 

Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj