Modern.az

“Fənərbağça” iki yeni ulduz futbolçu aldı

“Fənərbağça” iki yeni ulduz futbolçu aldı

İdman

1 Sentyabr 2025, 11:26

Türkiyənin “Fənərbağça” komandası iki ulduz futbolçu ilə anlaşıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sari-lacivərdlilər” PSJ-nin yarımmüdafiəçisi Marko Asensonun transferi üçün Fransa klubu ilə ortaq məxrəcə gəlib. 29 yaşlı oyunçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün artıq İstanbuldadır.

“Fənərbağça”, həmçinin “Mançester Siti”nin qapıçısı Edersonla da razılıq əldə edib. Braziliya millisinin qolkiperi üçün qarşı tərəfə 13 milyon avro ödəniləcək.

Hər iki futbolçu ilə bağlanacaq sözləşmənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Marko Asensio daha əvvəl “Real Madrid”in də formasını geyinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular