Modern.az

Britaniyanın müdafiə naziri Ukraynadadır

Britaniyanın müdafiə naziri Ukraynadadır

İdman

3 Sentyabr 2025, 14:12

Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynaya səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal bildirib.

Şmıxal britaniyalı həmkarı ilə Kiyevdə dəmiryol vağzalında görüşüb.

Onun sözlərinə görə, danışıqlar zamanı “Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun qarşıdakı görüşünün əsas məsələləri” müzakirə olunacaq.

"Biz ölkələrimizin müdafiə potensialını gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq", - Şmıxal əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular