Modern.az

DÇ-də gecənin nəticələri - Almaniya uduzdu, İspaniyadan qələbə...

DÇ-də gecənin nəticələri - Almaniya uduzdu, İspaniyadan qələbə...

İdman

5 Sentyabr 2025, 07:40

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Modern.az xəbər verir ki, bu dəfə 8 qarşılaşma baş tutub.

A və E qruplarında ilk qarşılaşmalar keçirilib.

Günə Qazaxıstanda start verilib. Qazaxıstan millisi Uelsə uduzub.

E qrupunda Türkiyə Gürcüstanın qonağı olub və çətin qələbəyə sevinib.

G qrupunda Litva və Malta milliləri üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə başa çatıb. Qrupdakı digər oyunda Niderland Polşanın müqavimətini qıra bilməyib 1:1.

Günün maraqlı qarşılaşmalarından biri Bolqarıstanda olub. Burada son Avropa çempionu yerli yığmanı ciddi şəkildə məyus edib – 3:0.

Turun ən sensasiyalı nəticəsi isə Slovakiyada qeydə alınıb. E qrupunun oyununda Slovakiya Almaniyadan üstün olub – 2:0.

J qrupundakı Lixtenşeyn – Belçika görüşü gözlənildiyi kimi qonaqların qələbəsi ilə bitib – 6:0.

DÇ-2026-nın seçmə mərhələsi

4 sentyabr

 

A qrupu 

 

Slovakiya – Almaniya 2:0

Qollar: Hansko, 42. Ştreleç, 55.

 

Lüksemburq – Şimali İrlandiya 1:3

Qollar: Dardari, 30 – Rid, 7. Çarlz, 46. Devenni, 69.

 

Xallar: Şimali İrlandiya – 3. Slovakiya – 3. Lüksemburq – 0. Almaniya – 0.

 

G qrupu

 

Litva – Malta 1:1

Qollar: Gineitis, 90+6-pen – Satariano, 83.

 

Niderland – Polşa 1:1

Qollar: Dumfris, 28 – Kaş, 80.

 

Xallar: Niderland – 7. Polşa – 7. Finlandiya – 7. Litva – 3. Malta – 2.

 

J qrupu

 

Qazaxıstan – Uels 0:1

Qol: K.Mur, 24.

 

Lixtenşteyn – Belçika 0:6

Qollar: De Kuyper, 29. Tilemans, 46; 70-pen. Teate, 60. De Bröyne, 62. Fofana, 90+1.

 

Xallar: Uels – 10. Şimali Makedoniya – 8. Belçika – 7. Qazaxıstan – 3. Lixtenşteyn – 0.

 

E qrupu

 

Gürcüstan – Türkiyə 2:3

Qollar: Z.Davitaşvili, 63. K.Kvaratsxeliya, 90+8 – M.Müldür, 3. K.Aktürkoğlu, 41; 52.

 

Bolqarıstan – İspaniya 0:3

Qollar: Oyarzabal, 5. Kukurelya, 30. Merino, 38.

 

Xallar: İspaniya – 3. Türkiyə – 3. Gürcüstan – 0. Bolqarıstan – 0.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular