Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Modern.az xəbər verir ki, komanda D qrupunun matçında İslandiya ilə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Qarşılaşmanı Niderlandan olan FIFA referisi Sander van der Eyk idarə edəcək.
DÇ-2026 seçmə mərhələ
I tur
5 sentyabr
D qrupu
22:45. İslandiya - Azərbaycan
Baş hakim: Sander van der Eyk (Niderland).
Reykyavik, "Lauqardalsvöllur".
Qeyd edək ki, Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.