Modern.az

Elçin Məsiyev dünya çempionatına təyinat aldı

Elçin Məsiyev dünya çempionatına təyinat aldı

İdman

5 Sentyabr 2025, 12:20

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Modern.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular