Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Modern.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olub.
Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda oynanılan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Viktor Palsson, İsak Yohannesson (2), Albert Qudmundsson və Daniel Leo Qretarssonn vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.