Modern.az

Luis Suares 6 oyunluq cəzalandırıldı 

Luis Suares 6 oyunluq cəzalandırıldı 

İdman

6 Sentyabr 2025, 13:22

ABŞ-nin "İnter Mayami" klubunun və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.

Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun final matçında məğlubiyyətdən sonra "Sietl Saunders" klubunun əməkdaşlarından birinə tüpürməsi olub.

L.Suares oyundan sonra texniki zonaya yaxınlaşıb və rəqib heyətin üzvlərindən birinə tüpürüb. Daha sonra o, davranışına görə üzr istəyib. Həmçinin baş verən dava nəticəsində "Sietl Saunders"in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən "İnter Miami"nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də cəzalandırılıb.

Qeyd edək ki, sentyabrın 1-də baş tutan görüş "Sietl Saunders"in 3:0 hesablı qələbəsi ilə nəticələnib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular