Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailanda keçirilən dünya çempionatında finala yüksəlib.
Modern.az xəbər verir ki, yığma yarımfinalda Yaponiya kollektivini 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qitə çempionatının həlledici görüşünə vəsiqə qazanıb.
"Ay-ulduzlular"ın finaldakı rəqibi İtaliya - Braziliya cütünün qalibi olacaq.