Modern.az

Ronaldo 942-ci qolunu vurdu

Ronaldo 942-ci qolunu vurdu

İdman

7 Sentyabr 2025, 09:30

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasının 942-ci qolunu vurub.

 

Modern.az-ın  məlumatına görə, Portuqaliya millisinin 40 yaşlı forvardı 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ermənistan millisi ilə oyunda rəqib qapısına iki dəfə yol tapıb.

 

Qarşılaşma İrəvanda keçirilib və qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

 

Ronaldo ümumilikdə "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"in heyətində isə 101 qol vurub. Hücumçu digər qollarını Lissabon "Sportinq"i və Portuqaliya millisinin heyətində vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular